Xəzər rayonunda yanğın 2 baş iribuynuzlu heyvanı tələf edib


Digərləri 24 Dek 2017 18:29:00 245 0

Xəzər rayonunda yanğın 2 baş iribuynuzlu heyvanı tələf edib

Xəzər rayonunda tövlədə yanğın 2 baş iribuynuzlu heyvanın tələf olmasına səbəb olub.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, yanğın gündüz saatalrında baş verib. Məlumata görə, ümumi sahəsi 500 m2 olan tövlənin dam örtüyü 400 m2 sahədə və tövlənin içərisinə yığılmış 400 kq ot bağlaması yanıb. Eyni zamanda yanğın zamanı tövlədə olan 2 baş iribuynuzlu heyvan tələf olub. Tövlənin qalan hissəsi, bitişik tövlə və ot tayası yanğından mühafizə olunub.