Tramp özündən çıxıb, miqrantları və tabeçiliyindəkiləri söydü: “Məni axmaq vəziyyətinə qoymusunuz...”


Dünya 24 Dek 2017 17:25:00 259 0

Tramp özündən çıxıb, miqrantları və tabeçiliyindəkiləri söydü: “Məni axmaq vəziyyətinə qoymusunuz...”

ABŞ prezidenti Donald Tramp ölkəsinin miqrasiya siyasətinə həsr edilmiş brifinq zamanı özündən çıxıb. Tabeiçiliyindəkiləri və ABŞ-a axın edən miqrantları söyüb.

Virtualaz.org xəbər verir ki, bu haqda "The New York Times" qəzeti Ağ evdəki brifinqin iştirakçılarından birinə istinadən yazır.

Məlumata görə, Tramp ona təqdim edilən statistikada Əfqanıstan, Haiti və Nigeriyadan ABŞ-a gələnlərin sayı ilə bağlı rəqəmləri görəndə özündən çıxıb. O, həmin ölkələrin vətəndaşlarının ünvanına təhqirlər yağdırıb.

Prezident Əfqanıstanı "terrorçular üçün cənnət" adlandırıb, Nigeriyadan gələnlər üçün isə deyib ki, onlar bir dəfə ABŞ-a ayaq basan kimi daha heç vaxt öz daxmalarına geri qayıtmazlar. Tramp bildirib ki, bu ilin əvvəlindən ABŞ-a 15 min Haiti sakini gəlib. "Onların hamısında QİÇS var", - Tramp bildirib.