Gürcüstanda “İpək yolu”nun bir hissəsi olacaq limanının tikintisinə başlandı


Dünya 24 Dek 2017 16:58:00 257 0

Gürcüstanda “İpək yolu”nun bir hissəsi olacaq limanının tikintisinə başlandı

Gürcüstanda Anaklia dərin dəniz limanının tikintisinə rəsmən start verilib.

Son.az-ın APA-ya istinadən məlumatına əsasən, mərasimdə Gürcüstan baş naziri Giorgi Kvirikaşvili, iqtisadiyyat naziri Dmitri Kumsişvili, xarici işlər naziri Mixeil Canelidze və digər rəsmi şəxslər iştirak edib.

G.Kvirikaşvili Anaklia limanının Gürcüstan və region üçün əhəmiyyətindən danışıb: "Anaklia limanı unikal layihə olmaqla yanaşı, Gürcüstanın "İpək yolu" xəritəsində mövqeyini möhkəmləndirəcək. Limanın işə düşməsi ilə Gürcüstanda bir sıra dəyişikliklərə start veriləcək".