DQİDK-nin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına dəyişiklik edilib


Sosial 24 Dek 2017 16:11:31 272 0

DQİDK-nin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına dəyişiklik edilib

Mənəvi Dəyərlərin Təbliği Fondu təsərrüfathesablı təşkilatlar bölməsinə əlavə edilib

Nazirlər Kabineti Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edib.

"Report" xəbər verir ki, bununla bağlı qərarı baş nazir Artur Rasizadə imzalayıb.

Qərara əsasən Mənəvi Dəyərlərin Təbliği Fondu “Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsərrüfathesablı təşkilatlar bölməsinə əlavə olunub.