Fuad Muradov: Azərbaycan gəncliyi dünya səviyyəsində bütün sahələrdə öz sözünü deyir və çətin məqamlarda mübarizliyini göstərir


Digərləri 24 Dek 2017 15:27:48 170 0

Fuad Muradov: Azərbaycan gəncliyi dünya səviyyəsində bütün sahələrdə öz sözünü deyir və çətin məqamlarda mübarizliyini göstərir

Azərbaycan gəncliyi dünya səviyyəsində bütün sahələrdə öz sözünü deyir və çətin məqamlarda mübarizliyini göstərir.

Bakı. Elçin Mehdiyev - Azərbaycan gəncliyi dünya səviyyəsində bütün sahələrdə öz sözünü deyir və çətin məqamlarda mübarizliyini göstərir. Bunu Trend-ə Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib. F.Muradovun sözlərinə görə, İlham Əliyevin Prezident olduğu dövrdə Azərbaycanda elə bir sahə olmayıb ki, orada ciddi islahatlar, inkişaf müşahidə olunmasın: "İstər iqtisadiyyat, sosial, mədəniyyət, idman sahələrində, istərsə də xarici siyasətdə bunu hər kəs görür. Bu inkişaf yalnız Azərbaycanın daxilində deyil, ölkə hüdudlarından kənarda da qəbul edilir. Ancaq Azərbaycanın müstəqilliyini, dövlətimizin inkişafını istəməyən bəzi qüvvələr açıq və gizli şəkildə bizə qarşı məkrli siyasət həyata keçirirlər. O qüvvələr yaxşı anlayır ki, Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında daha böyük uğurlara imza atacaq. Buna görə də ölkəmizin inkişafına qısqanclıqla yanaşırlar. Ancaq o qüvvələr bilməlidirlər ki, Azərbaycan xalqı hər zaman cənab Prezident İlham Əliyevin ətrafındadır. Ona görə də hər hansı güc xalqın iradəsinə qalib gələ bilməz".