Xavi: "Qətərdə demokratiya yoxdur, amma insanlar xoşbəxtdir"


İdman 24 Dek 2017 14:12:00 304 0

Xavi: "Qətərdə demokratiya yoxdur, amma insanlar xoşbəxtdir"

"Barcelona"nın sabiq kapitanı Xavi Ernandes "Marca" nəşrinə açıqlama verib. Goal.az xəbər verir ki, veteran futbolçu karyerasını başa vurduğu Qətərdə siyasi vəziyyət, Kataloniyada təkrar keçirilən seçkilər və "Barcelona" haqqında fikirlərini bölüşüb.

"Qətərdə demokratiyanın olmaması həqiqətdir. Amma insanlar xoşbəxtdir. Onlar kral ailəsindən razıdır. Kral və ailəsinin şəkillərini maşınlarında gəzdirirlər. Vətəndaşlara yalnız ölkədə yaşamaq üçün məvacib verilir. Kral onların qeydinə qalır.

Gərginlik oldu, camaat küçələrə çıxdı. Mən insanların öz müqəddaratını həll etməsinə tərəfdaram. Problem nədir? Biz yenidən səs verdik. Aydın görünür ki, əhalinin əksəriyyəti müstəqillik istəyir. Bəzən narahat oluram ki, fikrimi bildirsəm, məni Madriddə tənqid edəcəklər.

Ernesto Valverde "Barcelona" modelinə tamamilə uyğundur. O, klubun üslubunu yenidən canlandırdı. Komanda oyunu daha yaxşıdır, diqqət mərkəzində isə Messidir. Onlar ağıllı hücumlar təşkil edir. Paulinyo hücumlra dərindən dəstək verir".