Azərbaycanın ən çox mollası olan rayonu SİYAHI


Digərləri 24 Dek 2017 12:56:59 336 0

Azərbaycanın ən çox mollası olan rayonu  SİYAHI

2018-ci ildən mollalar "Mənəvi Dəyərlərin Təbliği Fondu"ndan maaş alacaqlar. Topladığımız məlumata əsasən, bu puldan ən çox Kürdəmir rayonunu alacaq. Ən az isə Xızı, Şəmkir, Sədərək, Naftalan, Göygöl və Daşkəsəndə.

Qafqaz Müsəlmanları İdarəsi tərəfindən (QMİ) məscidlərə təyin olunmuş imamlar, imam naiblər və bu kimi vəzifə daşıyan digər şəxslər dövlətdən əmək haqları əldə edəcəklər. QMİ-nin saytında 920 din xadiminin adı qeyd olunub. Onların məlumatlarına əsasən apardığımız analiz göstərir ki, Bakı rayonları ayrı-ayrılıqda mollaların sayına gör ilk yerlərdə deyil. Paytaxtın bütün rayonlarını götürdükdə QMİ-nin 74 rəsmi nümayəndəsi var, halbuki Kürdəmir və Ucar rayonlarının birgə göstəricisi 77-dir.

Son.az eslinde.com-a istinadən xəbər verir ki, aşağıdakı görüntüdən istənilən rayonları müqayisə edə bilərsiniz. Sadəcə, sağ küncdəki rayon adlarının qarşısına "quş qoymaq" yetərlidir.