Prezident İlham Əliyev "Bakı Ağ Şəhər"də görülən işlərlə tanış olub


İqtisadiyyat 24 Dek 2017 11:23:39 231 0

Prezident İlham Əliyev "Bakı Ağ Şəhər"də görülən işlərlə tanış olub

Dövlət başçısı və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva açılış və təqdimat mərasimlərində iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Bakı Ağ Şəhər"də görülən işlərlə tanış olub.

"Report" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Bakı Ağ Şəhər”də Xaqani Rüstəmov küçəsinin, bu küçənin üzərində yerləşən dairə və dördçıxışlı piyada keçidinin açılışında, yeni salınmış bağın, inşası və abadlığı başa çatan məhəllələrin təqdimat mərasimində iştirak ediblər.