"Real"dan mövsümün ən pis statistikası


İdman 24 Dek 2017 11:05:00 247 0

"Real"dan mövsümün ən pis statistikası

İspaniya La Liqasının 17-ci turunda baş tutan "El Clasico" "Barcelona"nın inamlı qələbəsi ilə başa çatıb. Statistik göstəricilər baxımından bu qarşılaşmanı "Real"ın cari mövsümdə ən pis oyunu kimi qimətləndirmək mümkündür. Goal.az xəbər verir ki, matçda futbolçular arasında 111 birə-bir mübarizənin 63-dən katalonlar qalib ayrılıb. "Real"ın birə-bir mübarizədə 43 faizlik effektivlik göstəricisi cari mövsümdə ən aşağı nəticədir. Madrid klubu bu matça qədər analoji oyun komponentində orta hesabla 55.2 %, "Barcelona" isə 53.4% statistikaya malik idi. Driblinq sayına görə qonaqların yarımmüdafiəçisi Serji Roberto liderdir - 7. Messi (6), İvan Rakitiç (5), Luka Modric (4) sonrakı yerlərdədir. Kriştianu Ronaldo oyun ərzində cəmi 1 dəfə uğurlu driblinqlə yadda qalıb.