"Azərbaycan və Bolqarıstan arasındakı əməkdaşlıq inkişaf etməkdə və dərinləşməkdə davam edəcək"


Siyasət 24 Dek 2017 10:37:46 283 0

"Azərbaycan və Bolqarıstan arasındakı əməkdaşlıq inkişaf etməkdə və dərinləşməkdə davam edəcək"

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir: "Ad gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Sizə cansağlığı, əmin-amanlıq və ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm.

Bu xoş fürsətdən istifadə edərək, bu ilin oktyabr ayında Azərbaycan Respublikasına rəsmi səfərim zamanı göstərdiyiniz qonaqpərvərliyə və əldə olunan nailiyyətlərə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Əminəm ki, ölkələrimiz arasındakı əməkdaşlıq inkişaf etməkdə və dərinləşməkdə davam edəcək. Çünki bu münasibətlərin möhkəm təməlində xalqlarımız arasındakı dostluq münasibətləri dayanır.

Sizin 2018-ci ildə Bolqarıstana səfərinizi arzu edirəm.

Cənab Prezident, bir daha Sizə dərin ehtiramımı çatdırıram".