Rumen Radev Azərbaycanının dövlət başçısını Bolqarıstana dəvət edib


Siyasət 24 Dek 2017 10:17:34 265 0

Rumen Radev Azərbaycanının dövlət başçısını Bolqarıstana dəvət edib

Bolqarıstan Prezidenti azərbaycanlı həmkarını doğum günü münasibətilə təbrik edib

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Azərbaycanın dövlət başçısı İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

"Report" xəbər verir ki, təbrikdə deyilir

Zati-aliləri.

Ad gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Sizə cansağlığı, əmin-amanlıq və ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm.

Bu xoş fürsətdən istifadə edərək, bu ilin oktyabr ayında Azərbaycan Respublikasına rəsmi səfərim zamanı göstərdiyiniz qonaqpərvərliyə və əldə olunan nailiyyətlərə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Əminəm ki, ölkələrimiz arasındakı əməkdaşlıq inkişaf etməkdə və dərinləşməkdə davam edəcək. Çünki bu münasibətlərin möhkəm təməlində xalqlarımız arasındakı dostluq münasibətləri dayanır.

Sizin 2018-ci ildə Bolqarıstana səfərinizi arzu edirəm.

Cənab Prezident, bir daha Sizə dərin ehtiramımı çatdırıram.