"Qarabağ"ın önünü "Rustavelli" kəsib


İdman 24 Dek 2017 10:28:00 239 0

"Qarabağ"ın önünü "Rustavelli" kəsib

“Qarabağ”ın U-12 komandası Gürcüstanda keçirilən “Bendela Cup” turnirində daha bir oyun keçirib. Goal.az xəbər verir ki, Ağdam təmsilçisi 1/4 finalda “Rustavelli” komandasına 0:1 hesabıyla məğlub olaraq mübarizəni dayandırıb. “Qarabağ”ın 12 yaşlıları bu gün "Sabutolo-2" ilə yoxlama matçı da keçirib və 1:0 hesabıyla qalib gəlib. Ağdam klubunun U-12 kollektivi sabah növbəti yoxlama matçında İran akademiyasıyla qarşılaşacaq.