Avstriya kansleri: “Türkiyə üçün Aİdə yer yoxdur”


Dünya 24 Dek 2017 10:05:00 317 0

Avstriya kansleri: “Türkiyə üçün Aİdə yer yoxdur”

Ankaranın yürütdüyü siyasət fonunda Türkiyənin Avropa İttifaqına üzv olması mümkünsüzdür. 

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Avstriya kansleri Sebastyan Kurts "Bild am Sonntag" nəşrinə müsahibəsində bildirib.

Türkiyədə guya insan haqlarının pozulduğunu iddia edən kansler bu ölkənin Aİ-yə üzvlüyünə dair danışıqlara son qoymağa çalışacağını qeyd edib: "Hesab edirəm ki, son illər yürütdüyü siyasətə görə Türkiyə üçün Aİ-də yer yoxdur. Onunla üzvlüyə dair danışıqlara son qoymaq doğru addım olardı".