Putin: "İlham Əliyevin rəhbərliyi ilə aktual beynəlxalq problemlərin həllində fəal rol oynayır"


Siyasət 24 Dek 2017 09:59:32 281 0

Putin: "İlham Əliyevin rəhbərliyi ilə aktual beynəlxalq problemlərin həllində fəal rol oynayır"

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu. Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan Sizin rəhbərliyinizlə sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir, aktual beynəlxalq problemlərin həllində fəal rol oynayır.

Siz Rusiyanın əsl dostu kimi ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə böyük şəxsi töhfə verirsiniz.

Bu yaxınlarda Soçidə və Tehranda Sizinlə görüşlərimizi səmimiyyətlə xatırlayıram. Ümidvaram ki, Sizinlə konstruktiv dialoq və səmərəli birgə işimiz davam edəcək.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və uğurlar arzu edirəm. Fürsətdən istifadə edib, Sizin bütün ailənizi səmimi salamlayır və ən xoş arzularımı bildirirəm".