Vergi və rüsumlarla YENİ TƏKLİFLƏR


Digərləri 24 Dek 2017 09:39:14 196 0

Vergi və rüsumlarla YENİ TƏKLİFLƏR

Azərbaycanın Tikinti Materialları İstehsalçıları Assosiasiyası ölkə daxilində məhsul istehsalı üçün lazım olan xammal idxalını gömrük rüsumlarından azad etməyi təklif edir.

Son.az-ın Trend-ə istinadən məlumatına görə, bunu jurnalistlərə Assosiasiyanın sədri, "Mətanət-A" şirkətinin prezidenti Elxan Bəşirov deyib.

Onun sözlərinə görə, bu, məhsulun maya dəyərini azaltmağa imkan verəcək.

Assosiasiya rəhbəri şirkətlərin nəqliyyat xərcləri ilə bağlı problemi də qeyd edib: "Tikinti materiallarının maya dəyərinin 30 faizə yaxınını nəqliyyat xərcləri təşkil edir. Nəqliyyat xərcləri maya dəyərinin beş faizini təşkil etməlidir".