İmişlidə avtomobil piyadanı vurub, sürücü qaçıb


Sosial 24 Dek 2017 08:25:34 240 0

İmişlidə avtomobil piyadanı vurub, sürücü qaçıb

Vəziyyəti ağır olan yaralı Bakıya göndərilib

İmişlidə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Qaradonlu kəndində qeydə alınıb.

Kənd sakini, 1974-cü il təvəllüdlü Azad Adıgözəl oğlu Rəhimov naməlum avtomobil tərəfindən vurulub, sürücü isə hadisə yerində qaçıb. Ağır yaralanan piyada İmişli Rayon Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardımdan sonra xəstənin vəziyyəti ağır olduğundan o, Bakıya göndərilib.

Faktla bağlı araşdırma aparılır.