Sürücüləri daha çox məyus edən avtomobillərin reytinqi açıqlanıb


İqtisadiyyat 24 Dek 2017 05:57:30 296 0

Sürücüləri daha çox məyus edən avtomobillərin reytinqi açıqlanıb

Qiymətləndirmənin əsas meyarları qiymət, salonun tutumu, mühərrikin gücü və rahatlılıq olub

"Consumer Reports" təşkilatı aldıqdan sonra sahiblərini daha çox məyus edən avtomobil markalarının onluğunu müəyyən edib.

“Report” xəbər verir ki, qiymətləndirmənin əsas meyarları qiymət, salonun tutumu, mühərrikin gücü və rahatlılıq olub.

Sürücüləri ən çox məyus edən avtomobil "Dodge Caravan" miniveni olub. O, az yer tutumu və salonun narahat olmasına görə anti-reytinqə başçılıq edib.

Narahat oturacaq və zəif mühərrik "Fiat 500" markalı üçqapılı hetçbekə ikinci yeri qazandırıb.