Xarkovda azərbaycanlı yoldan keçənlərə bıçaqla hücum edib


Sosial 24 Dek 2017 03:34:15 269 0

Xarkovda azərbaycanlı yoldan keçənlərə bıçaqla hücum edib

O, həmçinin bir qadının telefonunu əlindən alaraq qaçıb

Ukraynanın Xarkov şəhərinin mərkəzində bir qızın əlindən mobil telefonunu alan, daha sonra isə əlində bıçaqla onu tutmaq istəyənlərə hücum edən Azərbaycan vətəndaşı polis əməkdaşları tərəfindən saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə şənbə günü Ukrayna Milli Polisinin vilayət üzrə idarəsinin mətbuat xidməti məlumat yayıb.

Polisin bildirdiyinə görə, o, 25 yaşlı qızın əlindən telefonunu alıb. Mobil qurğunun qiyməti 1000 dollardan çox olub.

"Kişi zərərçəkəni izləməyə başlayıb, yaxınlıqda adamların olmadığını gördükdə isə, telefonu alaraq qaçmağa başlayıb", - deyə mətbuat xidmətindən qeyd olunub.

Hadisənin şahidi iki nəfər canini yaxalayıb, lakin o, cibindən bıçaq çıxardaraq onlara hücum edib. Belə olduqda həmin şəxslər polis çağırmaq qərarına gəliblər.

Hazırda Azərbaycan vətəndaşı saxlanılıb. Ona qarşı "Quldurluq" maddəsi ilə cinayət işi başlanıb. Bu maddəyə görə onu 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.