"Amerika gözəli" müsabiqəsinin rəhbərliyi qalmaqal səbəbindən istefa verib


Digərləri 24 Dek 2017 02:33:59 240 0

"Amerika gözəli" müsabiqəsinin rəhbərliyi qalmaqal səbəbindən istefa verib

Onlar qalib gələn iştirakçı qızlar barədə təhqiredici sözlər ifadə ediblər

"Amerika gözəli" müsabiqəsinin üç rəhbəri iştirakçıları alçaltmaları ilə bağlı qalmaqaldan sonra istefa verib.

“Report” xəbər verir ki, bundan əvvəl mətbuat onların qalib gələn iştirakçı qızlar barədə təhqiredici şərhlərin olduğu elektron yazışmalarını dərc edib.

"Associated Press"in məlumatına görə, öz postunu "Miss America Organization"un icraçı direktoru, prezidenti və müsabiqənin münsiflər heyətinin sədri tərk edib.

Menecerlərin istefasını qalmaqallı yazışmalar dərc olunduqdan sonra "Amerika gözəli" titulunun sahibləri tələb ediblər. Onların bəziləri rəhbərliyə qadınların gələcəyinə ümid bəsləyir.