ƏrRiyad saxlanılan şahzadədən azad olunması üçün 6 mlrd. dollar tələb edir


Dünya 24 Dek 2017 02:30:00 282 0

ƏrRiyad saxlanılan şahzadədən azad olunması üçün 6 mlrd. dollar tələb edir

Əl-Vəlid bin Taləl isə öz şirkətinin bir hissəsini təklif edir

Səudiyyə Ərəbistanı rəhbərliyi korrupsiya ittihamı ilə saxlanılan şahzadə Əl-Vəlid bin Taləldən azad olunması üçün 6 milyard dollar tələb edir.

Son.az report.az-a istinadən bildirir ki, sahzadə korrupsiyaya görə saxlanılan digərləri ilə birgə Ər-Riyadda oteldədir və onun ərazisini tərk edə bilmir.

"Wall Street Journal" öz mənbələrinə istinadən yazır ki, hökumət rüşvətxorluqda ittiham olunanlardan oteli tərk etmək hüququ müqabilində müxtəlif məbləğlər tələb edir. Əl-Vəlid bin Taləldən istənilən məbləğ ən böyük məbləğlərdən biridir.