Kanada sakini lotereyada 47 milyon dollar udub


Dünya 24 Dek 2017 02:19:06 283 0

Kanada sakini lotereyada 47 milyon dollar udub

Onun adı hələ ki, təşkilatçılara məlum deyil

Kanadanın Kvebek əyalətinin adı hələ ki, məlum olmayan sakini məşhur milli "Lotto Max" lotereyasında 47 milyon dollar udub.

“Report” xəbər verir ki, bu barədə şənbə günü Kanadada sayca 10-a yaxın belə oyun keçirən "Atlantic Lottery" assosiasiyasının nümayəndələri məlumat veriblər.

Uduş biletinin fransızdilli əyalətin hansı şəhərində satıldığı hələ ki, məlum deyil. Kanada lotereyası qaydalarına əsasən, mükafatı almaq üçün təşkilatçılara uduşa düşən bileti göstərmək lazımdır.