Moskvada stüardessa təyyarədən yerə düşüb


Dünya 24 Dek 2017 01:49:49 219 0

Moskvada stüardessa təyyarədən yerə düşüb

Hadisə "Vnukovo" hava limanında baş verib

Moskvanın "Vnukovo" hava limanında Hantı-Mansiysk şəhərinə uçan "Utair" aviaşirkətinə məxsus təyyarənin stüardessası yerə düşüb.

“Report” xəbər verir ki, hadisə hava gəmisinin göyərtəsinə yemək qəblu zamanı baş verib.

Stüardessa qapılar bağlanan zaman ayağı sürüşərək 3-4 metr yüksəklikdən yerə yıxılıb. O, beton perronun üzərinə düşüb.

Qız huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb.