ABŞda naməlum şəxs polis əməkdaşlarına atəş açıb


Dünya 24 Dek 2017 00:45:00 288 0

ABŞda naməlum şəxs polis əməkdaşlarına atəş açıb

Cani cavab atəşi ilə öldürülüb

Amerikanın Harrisberq şəhərində (Pensilvaniya ştatı) Əhməd Aminamin əl-Mofti polis əməkdaşlarına atəş açıb.

Son.az report.az-a istinadən bildirir ki, bunu Dofin dairəsinin prokuroru Ed Marsiko deyib.

"O, Kapitol təpəsi yaxınlığında zabitə və xidməti maşında olan ştat polisinə bir neçə atəş açıb", - deyə prokuror bildirib.

Qeyd olunur ki, bu iki hücum arasında təqribən 30 dəqiqə olub.