Azərbaycandakı bu qiymətli bitki nə pul, nə qulluq tələb edir, amma sərvət qazandırır


Digərləri 23 Dek 2017 23:16:00 290 0

Azərbaycandakı bu qiymətli bitki nə pul, nə qulluq tələb edir, amma sərvət qazandırır

Kəndli bitkinin təhvil verdiyi hər kilosuna görə 60-70 manat alır

Kənd təsərrüfatı dünyanın bir çox dövlətlərində iqtisadiyyatın ən iri sahəsi hesab olunur. İnsanların işlə təmin olunmasında da bu sahənin böyük payı var. Həmçinin, qazanclı sahə olması ilə yanaşı, istehsal olunan məhsulun ərsəyə gəlməsi üçün xərc də tələb edir.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki,  nə qədər qəribə səslənsə də, kənd təsərrüfatının elə sahəsi var ki, heç bir xərc qoymadan torpaqdan məhsul əldə etmək mümkündür. Belə ki, kəndli biyan bitkisini heç bir qulluq göstərmədən yetişdirə və gəlir götürə bilər. Qarabağ bölgəsində, əsasən Ağcabədi, Bərdə, Beyləqan rayonlarında bu bitkiyə rast gəlinir.

Biyan bitkisinin kökünü yığaraq toplama məntəqəsinə təhvil verənlərdən biri də Ağcabədi sakini Suğra Quliyevadır. Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan torpaq sahibi deyir ki, keyfiyyətli biyan əsasən dəmyə becərilən torpaqlarda yetişir. "Əhali öz sahəsində yetişən biyanın kökünü yığıb toplama məntəqələrinə təhvil verir. Biz dədə-babadan bu işlə məşğuluq. Təhvil verilən məhsulun hər kq-a görə təqribən 60-70 manat pul ödənir. Kəndli üçün əlavə gəlirdi. Əziyyətli bir iş deyil. Yığıb rayondakı məntəqəyə təhvil veririk. Azərbaycanda Təxminən 10 toplama məntəqəsi var. Bizə ən yaxını Ağcabədidəkidir" - deyə torpaq sahibi bildirir.

Fermerin sözlərinə görə, hər hektardan təqribən 10-15 ton məhsul yığılır.


Xəbərə aid fotolar