Səhər acqarına bir stəkan ilıq su için –


Digərləri 23 Dek 2017 23:05:00 264 0

Səhər acqarına bir stəkan ilıq su için –

Günə bir stəkan ilıq su ilə başlamağın və günü bir stəkan ilıq su ilə bitirməyin sağlamlığa inanılmaz faydaları var.

Son.az lent.az-a istinadən ilıq su içməyin faydalarını təqdim edir.

Həzm prosesinə faydalıdır

Həzm probleminiz varsa, mütəmadi olaraq ilıq su içməlisiniz. Qidaların mədədə parçalanmasına yardımçı olur. Belə halda həzm sistemi daha az enerji sərf edir. Həm də bədənin artıq mədə turşusundan təmizlənməsinə yardımçı olur.

Qəbizliyə faydalıdır

Mədəniz boş ikən mütəmadi olaraq ilıq su içsəniz, bağırsaq normasında çalışar və qəbizlik problemi yaşamazsınız. Qəbizlik nazik bağırsaqda yetərincə maye olmaması ilə bağlıdır. İlıq su bağırsaqları yumşaldır, köpü azaldır və qarnı rahatladır.

Qəbizliklə mübarizə aparmaq üçün hər səhər ac qarına bir stəkan ilıq və ya isti su için. Daha çox faydalanmaq üçün suya bir miqdar bal və ya limon suyu əlavə edə bilərsiniz.

Boğaz ağrısını sakitləşdirir

Boğazda soyuqdəymə və ya qriplə bağlı ağrı varsa, ilıq su içərək rahatlaya bilərsiniz. İlıq su təkcə boğaz ağrısını rahatlatmır, eyni zamanda burun tıxanmasını da açır.

Artıq çəkiləri atmağa yardım edir

Pəhriz proqramına əməl edirsinizsə, ilıq su içərək də arıqlamanıza yardım etmiş olarsınız. İlıq su maddələr mübadiləsini sürətləndirir. Beləcə, bədən daha çox kalori yandırır. Daha yaxşı effekt üçün hər səhər bir stəkan ilıq suya bir miqdar limon suyu əlavə edə bilərsiniz.

Detoks təsiri

Bir neçə stəkan ilıq su içsəniz, bədən istiliyi artar. Bədəndəki toksinlər də tərlə birlikdə atılır. Toksinlərin bədəndən atılması da sızanaq kimi dəri problemlərindən qurtulmağa yardımçı olur.