Qazaxda avtomobil qəzası baş verib, yaralılar var


Sosial 23 Dek 2017 23:06:36 281 0

Qazaxda avtomobil qəzası baş verib, yaralılar var

Hadisə rayonun Çaylı-Əksipara kənd yolunda baş verib

Qazax rayonunda avtomobil qəzası zamanı 3 nəfər xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Çaylı-Əskipara kənd yolunda baş verib.

İlkin məlumatlara görə, avtoqəza nəticəsində üç nəfər xəsarət alaraq xəstəxanaya aparılıb. Onlardan birinin vəziyyətinin normal, digər iki yaralının isə orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.