Əhalinin gəlirləri 8,2 faiz artıb


Digərləri 23 Dek 2017 22:38:00 311 0

Əhalinin gəlirləri 8,2 faiz artıb

Yanvar-noyabr aylarında Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,2 faiz artaraq 43389,9 milyon manata çatıb.

Dövlət Statistika Komitəsindən Son.az-a bildiriblər ki, əhalinin hər nəfərinə düşən gəlirlər orta hesabla 4459,1 manat təşkil edib. Bu dövr ərzində gəlirlərin 84,8 faizi son istehlak xərclərinə, 8,5 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,8 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 4,9 faizi isə yığıma yönəldilib. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 39692,4 milyon manatlıq vəsait qalıb.