İvo Yosipoviç: Azərbaycan öz uğurları ilə fəxr edə bilər


Siyasət 23 Dek 2017 22:23:00 247 0

İvo Yosipoviç: Azərbaycan öz uğurları ilə fəxr edə bilər

Azərbaycan öz uğurları ilə fəxr edə bilər.

Son.az bildirir ki, bunu Trend-ə Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç deyib.

İ.Yosipoviç Azərbaycana ilk dəfə təqribən 20 il əvvəl gəldiyini bildirib: "Bu gün Azərbaycan tamamilə fərqli görünür. O zaman nisbətən kasıb dövlət olsa da, Azərbaycan qısa müddət ərzində inanılmaz iqtisadi və sosial inkişaf nümayiş etdirdi".

Sabiq Prezident vurğulayıb ki, Azərbaycanda demək olar, iqtisadi və sosial həyatın bütün sahələrində inkişaf müşahidə edilir.

İ.Yosipoviç, həmçinin Azərbaycan cəmiyyətində unikal tolerant mühitini vurğulayıb.

O qeyd edib ki, müasir dünyada müxtəlif xalqlar və dinlərin nümayəndələri arasında gərginlik və nifrət mövcuddur: "Nifrət bir çox dövlətləri inkişaf etmək imkanından məhrum edir. Azərbaycan bütün etnik qrup və dinlərdən olan insanlara bərabər hüquqlar və dinc birgəyaşayışı təmin edən ölkələrdən biridir".

İ.Yosipoviçin sözlərinə görə, mövcud dəyərlər əbədi sülh və Azərbaycanın daimi sosial-iqtisadi inkişafı üçün şərait yaradır.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində

Son.az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin