Azərbaycanda qadınlar yaşlandıqca kökəlir,


Digərləri 23 Dek 2017 21:50:00 258 0

Azərbaycanda qadınlar yaşlandıqca kökəlir,

Azərbaycan əhalisinin (15 yaşdan yuxarı) 8,4%-də həddən artıq piylənmə müşahidə olunur.

Son.az facemark.az-a istinadən bildirir ki, əhalinin 46,5%-i piylənmə ərəfəsində, 43,5%-nin çəkisi isə normaldır. Ümumi əhalinin yalnız 1,6%-nin çəkisi normadan azdır. Məlumat üçün bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatının normalarına görə bədənin çəkisinin orta indeksi hesablanarkən çəki boyun metrlə ifadəsinin kvadratına bölünür. Мəsələn: boy = 175 sм, çəki= 70 kq-dırsa indeks 22,9-a ( 70 / (1.75*1.75) = 70 / 3.06 = 22,9) bərabər olur. Bu zaman indeks 18-dən azdırsa - çəki normadan azdır, 18,5-25 arası - çəki normaldır, 25-30 arası - piylənmə ərəfəsi, 30-dan yuxarı - həddən artıq piylənmə hesab olunur. Onu da qeyd edək ki, yaş artıqca qadınlar arasında piylənmə daha çox müşahidə olunur. Əgər 20-44 yaşlı qadınlar arasında həddindən artıq piylənməyə düçar olanlar ümumi qadınların 3,8%-ni təşkil edirsə, 45-64 yaş arası qadınlarda bu göstərici 15,6%, 65 yaşdan yuxarı qadınlarda isə 16%-ə yüksəlir. Kişilərdə isə bu göstərici daha aşağıdır. Belə ki, 20-44 yaşlı kişilər arasında həddindən artıq piylənməyə düçar olanlar ümumi kişilərin 4,4%-ni təşkil edirsə, 45-64 yaş arası kişilərdə bu göstərici 12,8%, 65 yaşdan yuxarı kişilərdə isə 11,8%-ə qədər azalır.