Salyanda bir ay öncə itkin düşən kişinin meyiti tapıldı VİDEO


Digərləri 23 Dek 2017 21:02:00 352 0

Salyanda bir ay öncə itkin düşən kişinin meyiti tapıldı  VİDEO

Salyanda itkin düşmüş 45 yaşlı kişinin meyiti tapılıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, 45 yaşlı Kürsəngi kənd sakini Vüqar Məhərrəm oğlu Məhərrəmovun meyiti bu gün kəndin yaxınlığındakı kollektorda aşkar edilib. İki övlad atası olan Vüqar Məhərrəmov bu il noyabrın 26-da işləmək adı ilə qonşu Yenikənd kəndinə gedərək bir daha geri qayıtmayıb. Doğmalarının dediyinə görə, o gündən bir aydan çox vaxt keçməsinə baxmayaraq Vüqar Məhərrəmovdan bir xəbər tuta bilməyiblər. Faktla bağlı araşdırma aparılır.


Xəbərə aid video