Saatlıda maşın 6 yaşlı uşağı vurub öldürdü VİDEO


Digərləri 23 Dek 2017 20:39:00 227 0

Saatlıda maşın 6 yaşlı uşağı vurub öldürdü  VİDEO

Saatlı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, hadisə Dədə Qorqud kəndində qeydə alınıb. Naməlum avtomobil kənd sakini, 2011-cı il təvəllüdlü Elnur Rəfail oğlu Qədirovu vuraraq öldürüb. Hadisənin təfərrüatları müəyyənləşdirilir. Faktla bağlı Saatlı Rayon Polis Şöbəsində araşdırma aparılır.