"Təcili ölümə yardım" əməkdaşı həbs edilib


Digərləri 23 Dek 2017 20:25:00 243 0

"Təcili ölümə yardım" əməkdaşı həbs edilib

İtaliyanın Siciliya adasında bir təcili yardım işçisi insanları öldürərək mafiya ilə əlaqəli bir dəfnetmə şirkətindən pul aldığına görə polis tərəfindən həbs edilib.

Təcili yardım işçisi ən azı üç ölümcül pasienti evlərinə qaytararkən damarlarına iynə ilə hava vurub onları öldürməkdə təqsirləndirilir.

Son.az BBC-yə istinadən bildirir ki, dəfnetmə şirkətinin hər meyit üçün ona 300 avro (600 manat) ödədiyi iddia edilir.

İtaliya mətbuatı bunu "təcili ölümə yardım" qalmaqalı adlandırıb.

Polis təcili yardım işçisini keçmişdə mafiya üzvü olmuş bir nəfər və bir televiziya proqramının araşdırmasına əsasən həbs edib. Təcili yardım işçisi könüllü qətldə ittiham olunur.

İddia olunur ki, 42 yaşlı işçi kiçik Biankavilla şəhərinə pasientləri daşıyarkən onların damarlarına iynə ilə hava vurub. Nəticədə pasientlər emboliyadan ölüblər.