Hindistanlı həkim Bakıda sümük iliyi transplantasiyası üzrə seminar keçirib
Sosial 23 Dek 2017 19:39:16 291 0
Dr. Gaurav Kharya 700-dən artıq sümük iliyi köçürülməsi edib
“Report” xəbər verir ki, seminara HTİ-nin direktoru Dr. Zöhrə Əlimirzəyeva və baş hematoloq Dr. Çingiz Əsədov sədrlik edib.
Dr. Gaurav Kharya talassemiya, oraq hüceyrəsi xəstəliyi, leykemiya, aplastik anemiya kimi xəstəliklərin müalicəsində yarı HLA uyğun sümük iliyi transplantasiyasının uğurlu göstəricilərlə artan əhəmiyyəti haqqında danışıb. O, həmçinin maksimum sayda xəstələrin faydalanması üçün Azərbaycan və Hindistan arasında sümük iliyi transplantasiyası sahəsində texnologiyanın ötürülməsi və biliyin bölüşülməsində mümkün tərəfdaşlığı müzakirə edib.
Dr.Gaurav Kharya Hindistanın Gurgaon şəhərində yerləşən Artemis xəstəxanasının Sümük İliyi Transplantasiyasının direktorudur və bu sahədə böyük təcrübəyə malikdir belə ki, o 700-dən artıq sümük iliyi köçürülməsi edib. Uyğun qohum donorların müntəzəm köçürülməsi ilə yanaşı, onun ixtisasıyarı HLA uyğun valideynlərdən donorlar kimi istifadə etməklə haploidentik sümük iliyi transplantasiyası həyata keçirməkdir.