Ruslar Yeni il üçün bahalı hədiyyə alırlar


Digərləri 23 Dek 2017 19:55:00 258 0

Ruslar Yeni il üçün bahalı hədiyyə alırlar

"Yandex Market"in analtikləri araşdırıblar ki, Yeni il bayramı ərəfəsində istifadəçilər özü və yaxınlarını sevindirmək üçün hansı əşyları alırlar.

Son.az facemark.az-a istinadən bildirir ki,araşdırmanın nəticəsinə görə, ruslar dekabrda ən çox aldıqları əşyaların kateqoriyası ətir və smartfonlar olub.

Dekabrın ortasında "Yandex Market"də alış-verişlərin həcmi illik maksimuma çatıb.

Ayın ikinci həftəsində insanlar yarımilliklə müqayisədə 35% daha çox alış-veriş saytlarına daxil olublar.

Mütəxəssislər Yeni il ərəfəsində özləri və yaxınları üçün alınan mallara tələbatın artmasını xüsusilə vurğulayıblar. Bu mobil telefonlar, dizaynla əlaqəli əşyalar, telefon aksessuarları, televizor, ətir olub.

Oktyabrla müqayisədə onlayn alış-verişlər zamanı digər kateqoriyadan olan mallar ilə müqayisədə kartla ödənişlərin həcmində artım qeydə alınıb. "Yandex Market"də ən populyar smartfon isə "Xiaomi Redmi"4X 32 GB olub. Keçən ilin ən populyar smartfonu olan "iPhone 7" 32 GB populyar hədiyyəlik malların Top10-uğunda 8-ci yerdə qərarlaşıb.

Amma analtiklər qeyd edir ki, "iPhone 7" yenə də "Apple"ın yeni modellər ilə müqayisədə məşhurluğunu qoruyur.Kosmetika-ətir kateqoriyasında birinci yeri "Dolce & Gabbana 3 L'Imperatrice" parfümeri tutub. İkinci və üçüncü yerləri isə "Gillette" üçün olan ülgüclər qərarlaşıb. Oyuncaqlar kateqoriyasından ən böyük tələb "LEGO"nun robot polis bölmələri təşkil edib.