Yaşlılığın dərmanı: 85, 90, 100 və ya daha


Digərləri 23 Dek 2017 19:25:00 245 0

Yaşlılığın dərmanı: 85, 90, 100 və ya daha

Siz nə qədər ömür sürmək istəyirsiniz? 85, 90, 100 və ya daha çox? Axı yaşanan illərin sayı və yaşlı vaxtımızda bizim sağlamlığımız daha vacibdir.

Bu günkü gün rəsmən təsdiqlənmiş uzunömürlü şəxs fransız Janna Kalman hesab edilir. Kalman 1997-ci ildə 122 yaşında vəfat edib.

20 il sonra ABŞ-dakı alimlərin yaşlılıqla əlaqədar xəstəliklərin qarşısını alan və sağlam həyat illərini uzadacaq dərmanların tezliklə əldə olunacağını ehtimal etməyə əsasları var.

Bu, belə dərmanların bizim daha çox ömür sürməyimizə kömək edəcəyimi deməkdir?

Biotibbi gerentoloq Aubrey de Grey şübhəsiz ki, belə düşünür. O, ömrün uzadılması məsələsində dərmanların başlıca rol oyandığını düşünür və əmindir ki, tibbi nailiyyətlər insanlara 100 il yaşamağa imkan verəcək. De Grey öz şəxsi büdcəsindən yaşlanma prossesinin tədqiqatına milyon dollar vəsait qoyub. O, California ştatındakı Silicon Vadisində yerləşən SENS tədqiqat fondunun aparıcı elmi əməkdaşıdır.

"Mən heç vaxt alseqeymer xəstəliyinə yoluxmaq istəyən bir nəfər insanla da olsa rastlaşmamışam. Yaşlı olan zaman səhhətin pisləşməsi bizim dünyanın başlıca problemidir ",- o deyir. O hesab edir ki, tibb bu problemin həllinə yaxındır.

"Biz yaşlanma prossesini nəzarətə götürən zaman əlbəttə ki, uzunömürlüyün hansısa məhdudiyyəti olmayacaq. İnsanlar əvvəlki kimi öləcəklər - insanları vurub öldürən yük maşınlarından qaçış yoxdur . Lakin faktiki olaraq insanlar orta hesablama ilə çox yaşayacaqlar, əlbəttə ki, qeyri-adi hadisə, məsələn asteroidin enməsi baş verməsə".

Ən başlıcası isə de Grey hesab edir ki, tibbin nailiyyətləri sayəsində biz sağlam şəkildə daha uzun illər yaşaya bilərik.

Yaşlanmaq uğrunda mübarizə aparmaq ideyasını heç də hamı qəbul etmir. Lakin bu dünyada bu fikrin öz tərəfdarlarını tapa biləcəyi bir yer varsa, o da Silicon vadisidir.

Yüksək texnologiyalar üzərində sərvət qazanan milyarderlər qeyri-standart düşünməyə və yerini tutmuş fikirləri şübhə altına almağa alışıblar.

2013-cü ildə Google şirkəti Calico (California Life Company - Kalliforniya Həyat Şirkəti) firmasını təsis etdi. Firmanın başlıca vəzifəsi "insanlara daha uzun və xoşbəxt ömür bəxş etmək imkanı" verməkdir.

Calico apardığı tədqiqatların tanınmasına cəhd göstərmir. Bu firma məlumat, həttə lövhə belə olmayan olmayan bir binada yerləşir.

2016-cı ildə Facebook-un təsisçisi Mark Zuckerberg XXI yüzilliyin sonuna qədər istənilən xəstəliklərin müalicə ediləcəyinə və ya qarşısının alınacağına dair vəd vermişdi. California-dan olan vençur investor Laura Deming Uzun Həyat Fondunu təsis edib. Bu fond yaşlanma ilə bağlı problemləri həll etməyə cəhd göstərən şirkətlərə sərmayə qoyur.

"Silicon Vadisi maraqla idarə olunur. Həmin bu maraq 14 yaşlı yeniyetmələri öz yataq otaqlarında proqramlaşdırma ilə məşğul olmağa məcbur edir. Bu maraq həmçinin 20-30 yaşlı insanları da hərəkətə gətirib. Hansı ki, onlar da öz ağıllarını yaşlanmanın, ölümün səbəblərini öyrənməyə və bu prossesi necə tərsinə çevirməyə düşünməyə sərf edirlər ".