Ağstafada orta yaşlı kişini avtomobil vurub


Sosial 23 Dek 2017 19:22:21 237 0

Ağstafada orta yaşlı kişini avtomobil vurub

Sürücü hadisə yerindən qaçıb

Ağstafada piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, 1976-cı il təvəllüdlü Həsənsu kənd sakini Hümmətov Həbib Allahverdi oğlu yolu keçmək istəyən zaman onu avtomobil vurub.

Sürücü hadisə yerindən qaçıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.