"Apple" köhnə "iPhone"ları bilərəkdən ləngimə yaradır


Digərləri 23 Dek 2017 19:15:00 264 0

"Apple" köhnə "iPhone"ları bilərəkdən ləngimə yaradır

"Apple" şirkəti etiraf edib ki, "iPhone"un əvvəlki modellərində prosessorun işini bilərəkdən ləngidir.

Son.az lent.az-a istinadən xəbər verir ki, buna səbəb smartfonun qəfil sönməsinin qarşısını almaqdır.   Məsələ bundadır ki, "iPhone" batareya üçün daha çox enerji cəlb etmək istəsə, qəfildən sönə bilər. Xüsusi funksiya isə köhnə telefonların sönməməsi üçün lazım olandan artıq enerji toplamasının qarşısını alır.   "Apple"in mətbuat xidmətindən bildirilib ki, məqsəd müştərilər üçün ən yaxşı təcrübəni təqdim etməkdən ibarətdir.   Ötən il bu funksiya "iPhone 6", "iPhone 6S" və "iPhone SE"-də buraxılıb. iOS 11.2-nin çıxması ilə iPhone 7-də də aktiv olacaq.