Qax sakininin telefonunu Biləcəridə əlindən aldılar


Digərləri 23 Dek 2017 19:06:00 279 0

Qax sakininin telefonunu Biləcəridə əlindən aldılar

Biləcəri qəsəbəsində 2 naməlum şəxs Qax rayon sakini Feyzulla Əzizova hədə-qorxu gəlib və onun mobil telefonunu alıb.

Son.az teleqraf.com-a istinadən bildirir ki, cinayəti törədənlər hadisə yerindən qaçıb.

Feyzulla Əzizov hadisə ilə bağlı Binəqədi rayon Polis İdarəsinin 6-cı bölməsinə şikayət edib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Murad Kərimov və Fərid Zeynalov saxlanılıblar.