“Dostluq” kafesində dostların qadınla hesabı... –


Digərləri 23 Dek 2017 19:07:00 260 0

“Dostluq” kafesində dostların qadınla hesabı... –

Xaçmaz rayonunda kafelərdən birində içki məclisindən sonra hesab üstündə dava olub.

Son.az teleqraf.com-a istinadən bildirir ki, rayonunun Çarxı kəndində yerləşən "Dostluq" kafesində Murad Hüseynov dostları ilə yeyib-içib.

Sərxoş olan Murad Hüseynov söyüş söyərək, kafedə dava salıb. Hadisə yerinə gələn polis əməkdaşları onu sakitləşdirmək istəyiblər. Murad Hüseynov sakitləşməyib, sərxoş vəziyyətdə polislərə də müqavimət göstərib.

O, polis əməkdaşları tərəfindən saxlanılıb.

İstintaqa ifadəsində Murad Hüseynov bildirib ki, Şabran rayonunda yaşayır: "Tanışlarım Sahib Məmmədquliyev, Vahid Paşayev və Coşqun Heybətovla birlikdə Xaçmaz rayonunun Çarxı kəndində yerləşən "Dostluq" kafesində oturub yeyib-içdikdən sonra bizə hesabı gətirdilər. Sahib Məmmədquliyev sərxoş olduğundan, artıq hesabı verdiyini bildirdi. Bu zəmində bizimlə kafe sahibəsi olan qadın arasında mübahisə yarandı.

Hesabın ödənilməsi üçün 50 manat məbləğində pulu kafe sahibəsinə təqdim etmək istədim. Kafe sahibəsi pulu götürmədi. O, bizi nalayiq söyüşlə söydü. Mən də ona nalayiq söyüşlərlə cavab qaytardım".