Beynəlxalq Muğam Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ilə bağlı tədbir keçirildi FOTO


Digərləri 23 Dek 2017 18:42:00 294 0

Beynəlxalq Muğam Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ilə bağlı tədbir keçirildi  FOTO

Dənizkənarı Milli Parkdakı Beynəlxalq Muğam Mərkəzində Səbail rayon İcra Hakimiyyəti, Azərbaycan Televiziya və Radio verlişləri Qapalı Səhmdar Cəmiyyəti və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azəbaycanlılarının Həmrəyliyi günü və yeni ilə həsr olunmuş ədəbi-musiqili tədbir keçirilmişdir. Tədbirdə rayon rəhbərliyi, Milli Məclisin deputatları, rayondakı idarə, təşkilat, elm və təhsil müəssisələrinin, gənclər, veteranlarin və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. 

Tədbirin əvvəlində Səbail gənclərinin keçən il dekabr ayının 24-də təşkil etdikləri "İlham Əliyev və Müasir Azərbaycan - gənclərin gözü ilə" mövzusunda dəyirmi masanın yekunlarına uyğun olaraq çap olunmuş "İlham Əliyev və Müasir Azərbaycan - gənclərin gözü ilə" adlı kitabın təqdimatı keçirildi.  

Mərasimdə çıxış edən Səbail Rayon İcra Hakimiyətinin başçısı Eldar Əzizov bildirmişdir ki, möhtərəm Prezidentimiz İlham Əliyev dünya siyasətçiləri arasında öz siyasəti və gördüyü işlərlə xüsusi olaraq seçilən dövlət rəhbəridir. Ona görə bu   dahi insanın siyasətini öyrənib təbliğ etmək vacib məsələdir. O, Azərbaycanda misli görünməmiş inkişaf və tərəqqi siyasətini həyata keçirən şəxsiyyətdir. Bu gün Prezident İlham Əliyevin siyasi xətti hazırki mürəkkəb dövrdə yeganə və alternativsiz siyasətdir və Azərbaycanımızın gələcək inkişaf və tərəqqisinə təminat verir. Ona görə də gənclər tərəfindən ölkə başçısının fəaliyyətinin müxtəlif istiqamətlərinə həsr olunan məqalələrinin toplandığı bu kitabın nəşri təqdirəlayiqdir.  

Eldar Əzizov arxada qalan 2017-cı ildə rayonda görülmüş işlər, gələcəkdə həyata keçiriləcək layihələr barədə məlumat verərək tədbir iştirakçılarını  - Dünya Azəbaycanlılarının Həmrəyliyi günü və yeni il münasibəti ilə təbrik etmişdir.  

Qeyd olundu ki,  31 Dekabr   tarixi Azərbaycan millətinin ümumdünya birlik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır və dünyanın 70-dən çox ölkəsində yaşayan azərbaycanlılar tərəfindən qeyd olunur.  


Xəbərə aid fotolar