Psixotrop tərkibli dərmanlar satan şəxs yaxalandı


Digərləri 23 Dek 2017 18:24:00 252 0

Psixotrop tərkibli dərmanlar satan şəxs yaxalandı

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop tərkibli dərmanların qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirib.

Son.az Trend-ə istinadən bildirir ki, polis əməkdaşları tərəfindən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Tamıyev saxlanılıb.

Polis İdarəsində baxış zamanı ondan güclü psixotrop təsirə malik 20 ədəd "Metamfetam" həbləri aşkar edilərək götürülüb.