Kafeni qəsdən yandırmış keçmiş məhkum saxlanıldı


Digərləri 23 Dek 2017 18:26:00 231 0

Kafeni qəsdən yandırmış keçmiş məhkum saxlanıldı

Dekabrın 19-da Abşeron rayonunun Saray qəsəbəsi ərazisindəki kafenin yanması faktı ilə əlaqədar görülmüş müvafiq tədbirlər və aparılan araşdırmalarla yanğının qəsdən törədilməsi müəyyən edilib.

Son.az Trend-ə istinadən bildirir ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Quba rayonunun Zərdabi kənd sakini, əvvəllər məhkum olunmuş Tərlan Qənbəri Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə təhvil verilib.