Evlilik təklifini rədd edən qızın üstünə benzin töküb, yandırdı FOTO


Dünya 23 Dek 2017 18:12:00 284 0

Evlilik təklifini rədd edən qızın üstünə benzin töküb, yandırdı  FOTO

24 yaşlı qız oğlanın evlilik təklifini rədd etdiyinə görə canından olub.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, Hindistanda Sandhya Rani adlı 24 yaşlı qız Karthik Vanga adlı 25 yaşlı oğlan tərəfindən küçədə yandırılıb.

Hadisə baş verən günü Rani evə gedərkən Vanqa motosikletlə onu izləyib. O, qızın yanına yaxınlaşaraq niyə evlilik təklifinin rədd etdiyini soruşub, sonra da onun üstünə özü ilə gətirdiyi benzini töküb, qızı yandırıb.

Yoldan keçənlər onu xəstəxanaya çatdırıblar. Bədəninin 60 faizi yanan qız polisə ifadə verə bilib. O, cinayətkarın adını və səbəbini dedikdən bir neçə saat sonra həyatını itirib.


Xəbərə aid fotolar