Elgiz Əkbər: "Konsertdə ayaqqabımı oğurladı"


Şou-biznes 23 Dek 2017 18:18:00 285 0

Elgiz Əkbər: "Konsertdə ayaqqabımı oğurladı"

Aparıcı Elgiz Əkbər həmkarından şikayətlənib. 

Son.az axşam.az-a istinadən xəbər verir ki, aparıcı "Səhər-səhər" verilişində həmkarının konsertdə onun ayaqqabısını oğurladığını söyləyib:

"Bir dəfə konsertə getmişdim. Özümlə kostyum və ayaqqabı gətirmişdim. Gördüm məndən başqa iki aparıcı da var. Sevindim ki, nə yaxşı, maraqlı olar. Oturduq çay içdik, deyib-güldük. Bir qız, iki oğlan konserti aparacaqdıq. Qız kənarda oturub mənə baxır. Demək bunun paxıllıqdan içi yanırmış... Düşünüb ki, xeyir ola konserti üç nəfər aparır? Qorxdu ki, mənim kölgəmdə qalar. Bunu bariz şəkildə büruzə verdi. Konsert başlayıb səhnəyə çıxmalıyam, amma ayaqqabılarım yoxdur. Ayaqqabılarımı oğurlatdırıb. Bunu da kənarda olan kafedəki qabyuyan xanım görüb. O deməsəydi, heç xəbərim olmayacaqdı".