Rəşidə Behbudova Röya və Aygünə görə titulundan imtina edir


Şou-biznes 23 Dek 2017 17:42:00 249 0

Rəşidə Behbudova Röya və Aygünə görə titulundan imtina edir

Əməkdar artisti, dahi sənətxar Rəşid Behbubodovun qızı Rəşidə Behbudova titulundan imtina etmək istəyir.

Son.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə R.Behbudova özü deyib.   O, əməkdar artist Aygün Bəylərlə əməkdar artist Röya Ayxanın qalmaqalına münasibət bildirərək qeyd edib ki, onlarla eyni titulu daşımaq istəmir: 

"Mən bunu çoxdan etmək istəyirdim. Lakin son illər ağır oldu, anam xəstələndi. Bu barədə anamla da, ərimlə də, oğlumla da söhbətimiz oldu. Lakin indi məni heç kim saxlaya bilməz. Mən onlarla eyni adı daşımaq istəmirəm".   R. Behbudova daha sonra əlavə edib: 

"Mən sadəcə Rəşidin qızı kimi qalmaq istəyirəm. Həqiqətən, mən hansısa ad daşımaq istəmirəm. Hamı sənətkardır, hamı xanımdır, hamı ulduzdur. Bezdim. Bu, mənə görə deyil. Rəşidə - Rəşid Behbidovun qızı - mənim üçün ən yüksək addır".