Ukrayna KİV: "EXPO2025"i ən yüksək səviyyədə qəbul etmək üçün Azərbaycanın bütün imkanları var FOTO
Digərləri 23 Dek 2017 16:48:00 306 0
Ukraynanın nüfuzlu "Qolos" Media Qrupuna aid "Golos.ua" informasiya agentliyi və "Everyday.in.ua" xəbər portalı Bakının "Expo-2025"ə ev sahibliyi üçün namizədliyindən yazıb.
Son.az Trend-ə istinadən bildirir ki, Ukrayna mediasına açıqlamasında "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirib ki, "EXPO-2025"i ən yüksək səviyyədə qəbul etmək üçün Azərbaycanın bütün imkanları var.
F.Şahbazlı açıqlamasında qeyd edib ki, bu gün Azərbaycan dünyada həm də müxtəlif sahələrə aid mötəbər beynəlxalq tədbirlərin, idman yarışlarının yüksək səviyyədə keçirildiyi ölkə kimi tanınır: "Ölkəmizin indiyədək iştirak etdiyi bütün beynəlxalq sərgilərdəki pavilyonları və stendləri həm təşkilatçılar, həm də iştirakçılar tərəfindən yüksək qiymətləndirilib. Azərbaycanın paytaxtı Bakı şəhərinin Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə namizədliyi irəli sürülüb. Azərbaycanın tarixi, mədəniyyəti və qonaqpərvərliyi, Avropa ilə Asiyanın kəsişməsində yerləşən, asanlıqla çıxış əldə oluna bilən coğrafi mövqeyi, mədəniyyətlərarası və dinlərarası dialoq mərkəzlərindən biri hesab olunması Bakının bu mötəbər tədbirə ev sahibliyi etməsinə imkan verir".