“Dəmirbank”ın sədri bankın bağlanmasına münasibət bildirib


İqtisadiyyat 23 Dek 2017 16:13:00 264 0

“Dəmirbank”ın sədri bankın bağlanmasına münasibət bildirib

Fərid Abuşov: "Mövcud vəziyyət belə bir qərarın qəbul edilməsinə səbəb oldu"

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının qərarı ilə ötən gün lisenziyası ləğv olunmuş “Dəmirbank” ASC-nin İdarə Heyətinin sədri Fərid Abuşov Bankın bağlanmasına münasibət bildirib.

O, “Report”a qısa açıqlamasında bunları deyib: “Bununla bağlı yanaşma müxtəlif ola bilər. Bu qərarın tələsik və yaxud gecikmiş olduğu deyilə bilər, yəni hər şey nisbidir. Amma hər halda mövcud vəziyyət belə bir qərarın qəbul edilməsinə səbəb oldu. Başqa heç bir şərh vermək istəmirəm”.