"Nəqliyyat sahəsindəki işlər Azərbaycanın tranzit imkanlarından daha səmərəli istifadə etməyə imkan verir"


Digərləri 23 Dek 2017 14:55:00 378 0

"Nəqliyyat sahəsindəki işlər Azərbaycanın tranzit imkanlarından daha səmərəli istifadə etməyə imkan verir"

Azərbaycanda nəqliyyat sahəsində həyata keçirilən işlər ölkənin tranzit imkanlarını daha səmərəli və geniş şəkildə istifadə etməyə imkan verir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən təşkil olunmuş "Şərqlə Qərbin kəsişməsində: Yeni enerji və kommunikasiya imkanları" adlı konfransda deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanın milli nəqliyyat sisteminin beynəlxalq sistemə inteqrasiyası üzrə işlər aparılır.