"Kəpəz" Serbiya və Polşa komandaları ilə qarşılaşacaq


İdman 23 Dek 2017 14:22:00 259 0

"Kəpəz" Serbiya və Polşa komandaları ilə qarşılaşacaq

Azərbaycanın “Kəpəz” futbol komandasının Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışı zamanı yoxlama matçı keçirəcəyi daha iki rəqib müəyyənləşib.

Goal.az-ın məlumatına görə, Yunis Hüseynovun rəhbərlik etdiyi kollektiv yanvarın 28-də Polşanın “Yagelloniya”, 3 gün sonra isə Serbiyanın “Spartak” komandası ilə qarşılaşacaq. Gəncə təmsilçisi ilk yoxlama oyununu isə yanvarın 22-də Rumıniyanın “Viitorul” komandasına qarşı keçirəcək. Daha bir görüş isə yanvarın 25-də nəzərdə tutulub. Amma hələ həmin gün üçün rəqib müəyyənləşməyib. 

Qeyd edək ki, “Kəpəz” 2018-ci il yanvarın 17-dən fevralın 2-dək Antalyada hazırlıq keçəcək.