Şahzadənin xanımı tənqid olundu, üzr istədi FOTO


Digərləri 23 Dek 2017 14:12:00 283 0

Şahzadənin xanımı tənqid olundu, üzr istədi  FOTO

Britaniya kraliçası 2-ci Yelizavetanın əmisi oğlu şahzadə Mayklın xanımı, şahzadə Kentli Mişel və ya Mariya Kristina fon Reybnis sinəsindəki bəzəyə görə üzr istəyib.

Son.az The Guardian-a istinadən bildirir ki, 72 yaşlı Kentli Mişel kraliçanın Bukinhem Sarayında verdiyi Milad naharına sinəsminə "blackamoor" stilində, zəncinin əks olunduğu broş vuraraq yolanmışdı.

Naharda şahzadə Harri və onun amerikalı nişanlısı, qaradərili, 36 yaşlı Meqan Markl da vardı.

Qızıl və brilyantdan olan bəzək Britaniyada sosial şəbəkələrdə kəskin narazılıq yaradıb, çünki belə qaradərili fiqurları əksər hallarda qulluqçu kimi təsvir olunur.

Şahzadə Kentli Mişel üzr istəyib.

"Bu broş hədiyyədir və indiyədək dəfələrlə istifadə olunub. Şahzadə Kentli Mişelo bəzəyin narazılığa yartamasına görə təəssüflənir", - şahzadənin nümayəndəsi bəyan edib.


Xəbərə aid fotolar